Xəbər lenti

ABŞ-da meymun çiçəyinə ilk yoluxma halı aşkarlandı
Dünya 11:25 17.11.2024

ABŞ-da meymun çiçəyinə ilk yoluxma halı aşkarlandı

ABŞ-da meymun çiçəyi xəstəliyinə ilk yoluxma hadisəsi qeydə alınıb.

"Report”un məlumatına görə, bu barədə "Associated Press” xəbər yayıb.

Yeni ştamla yoluxmuş şəxs Şərqi Afrikaya səyahət etdikdən sonra ABŞ-a qayıdıb. Hazırda o, Kaliforniyada xəstəxanada müalicə olunur.

Bu ilin əvvəlində meymun çiçəyinin yeni, daha yoluxucu bir növü aşkarlanıb. Sentyabrın sonundan bəri, əsasən Burundi, Uqanda və Konqo Demokratik Respublikasında 3,1 mindən çox yoluxmuş insan müəyyən edilib.

Qeyd edək ki, avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bir sıra ölkələrində meymun çiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->