Xəbər lenti

Bu klinikaya qaraciyər və böyrək köçürülməsi üçün icazəsi verildi
Sağlamlıq 16:21 15.07.2024

Bu klinikaya qaraciyər və böyrək köçürülməsi üçün icazəsi verildi

Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, sözügedən siyahıya "Yeni Klinika” publik hüquqi şəxs əlavə olunub.

Qərarla klinika qaraciyər və böyrəklərin transplantasiyasını həyata keçirə biləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->