Xəbər lenti

Bu ölkədə də meymunçiçəyi aşkarlandı
Dünya19:46 20.08.2022

Bu ölkədə də meymunçiçəyi aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İndoneziyada meymunçiçəyi xəstəliyi qeydə alınıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İndoneziya Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd Syahril açıqlama verib.
O, xarici səfərdən qayıdan paytaxt Cakartada yaşayan 27 yaşlı kişidə meymunçiçəyi xəstəliyinin aşkarlandığını təsdiqləyib.
Syahril, sözügedən şəxsin avqustun 16-da xəstəliyin əlamətlərini hiss etdiyini və iki gün sonra müayinə olunmaq üçün xəstəxanaya getdiyini deyib.