Xəbər lenti

Bütün zamanların ən gözəl aktrisası seçildi
Maqazin 19:19 25.07.2024

Bütün zamanların ən gözəl aktrisası seçildi

Uzun illər Merilin Monro ən gözəl aktrisa hesab edilsə də, zaman keçdikcə zövqləri dəyişib. 

Qaynarinfo xəbər verir ki, "ListChallenges" portalının sorğusuna əsasən, insanların çoxu 59 yaşlı Monika Belluççini bütün zamanların ən gözəl aktrisası hesab edir.

Merilin Monro bu reytinqdə ikinci yeri tutub. Gözəllər üçlüyünü "Cənab və xanım Smit" filmindən sonra tanınmağa başlayan aktrisa Ancelina Coli tamamlayır.

Jayne Mansfield

Maraqlıdır ki, sorğuda bir çox aktrisalar iştirak edib. Məsələn, Bricit Bardot, Qrasi Kelli, Elizabet Teylor, Natali Portman və başqaları.

Reytinqdə sonuncu yeri britaniyalı aktrisa Helena Bonham Karter tutub.

Monika Belluççi italyan aktrisa və modeldir. Kinoda populyarlıq ona "Drakula", "Malena", "Matrisa: Yenidən yükləmə" və "Matrisa: İnqilab", "Məsihin ehtirası", "Qrimm qardaşları", "007: Spektr", "Süd yolu", "Asteriks və Obeliks: Missiya Kleopatra" filmləri gətirib. 

Aktrisa aktyor Vinsent Kassellə evli idi. Bu evlilikdən olan qızların ən böyüyü Deva Kassel məşhur modelyerdir. Ən kiçik qızı Leoni Kasseldir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->