Xəbər lenti

Deputatın şirkəti məhkəməyə niyə verilib?
Texnologiya 13:58 31.08.2023

Deputatın şirkəti məhkəməyə niyə verilib?

"Kaspi-Yıldız” MMC ilə "Azəri KMİ” MMC arasında alqı-satqı müqavilələrinə dair mübahisə yaranıb. 

Qaynarinfo xəbər verir ki, "Azəri KMİ” MMC bu mübahisədən dolayı "Kaspi-Yıldız” MMC-ni məhkəməyə verib. İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə baxaılacaq. 

"Azəri KMİ” MMC 15 dekabr 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1200 AZN olan şirkətin qanuni təmsilçisi Rzayev Hafiz Abbas oğludur. 

"Azəri KMİ” MMC 2013-cü ilə qədər KMİ Müəssisəsi adı altında fəaliyyət göstərib.

"Kaspi-Yıldız” MMC-yə gəlincə, şirkət 7 sentyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Əliyev Cəmaləddin Məzahir oğludur. 

Şirkət 2005-ci ildə vegri uçotuna alınsa da, 1996-cı ildə təsis edilib. Bu barədə şirkətin veb-səhifəsində məlumat yeyrləşdirilib. 

"Kapi-Yıldız”ın təsisçilərindən biri 78 saylı Lerik seçki dairəsindən deputat mandatı qazanan İqbal Məmmədovdur. O, 2010-cu ilə qədər şirkətə rəhbərlik edib. Deputat seçildikdən sonra qardaşı Asif Məmmədov "Kaspi-Yıldız”ın rəhbərliyinə keçib.

Asif Məmmədov 2006-2011-ci illərdə Balakən, 2011-2013-cü illərdə isə Şamaxının icra başçısı vəzifəsində çalışıb. Asif Məmmədovdan sonra şirkətə İqbal Məmmədovun digər qardaşı Çingiz Məmmədov rəhbərlik edib. 

İqbal Məmmədov həm də Lerikdə fəaliyyət göstərən "Relax” İstirahət Mərkəzinin sahibi kimi tanınır.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->