Xəbər lenti

Elnarə Abdullayeva:”Həkimlər deyir ki...”
Maqazin 15:48 07.12.2024

Elnarə Abdullayeva:”Həkimlər deyir ki...”

Əməkdar artist Elnarə Abdullayeva qayınanasının səhhətindən danışıb.

Elnarə Abdullayeva Qaynarinfo-ya bildirib ki, qayınanasının səhhəti normallaşır:

"Şükürlər olsun ki, qayınanam yaxşıdır və evdədir. Yavaş-yavaş normaya düşüb. Yaşlı adamdır, xəstələnib. Amma narahat olmağa əsas yoxdur. Həkimlər müalicə yazıb, ev şəraitində hər tədbirlər görülür". 

Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayevanın qayınanaısının səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılıb. Həkimlər onun insult keçirdiyini bildirib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->