Əməkdar artist Elnarə Abdullayeva qatıq və sarımsaq satması ilə bağlı məlumata aydınlıq gətirib.
Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin məhsullar onun yox, qardaşının olub:
"Sarımsaq, qatıq satmaq pis şey deyil. O vaxt həyətimizdə yer var idi. Qardaşımgilin yaxşı südü, qatıqları olurdu. Gətirib onu şənbə-bazar günəri həmin yerdə satırdılar. Mənim vaxtım var? Qatıq satmağa vaxtım olsaydı, indi milyonçu idim".
Elnarə Abdullayeva bildirib ki, bu gün 5-10 ton sarımsaq olsa, onu rahatca satar.
Qeyd edək ki, məşhur prodüser Asif Kərimov Əməkdar artist Elnarə Abdullayevanın keçmişi ilə bağlı açıqlaması diqqət çəkib. Xanəndə Elnarə Abdullayevanın zamanında qatıq, sarımsaq satdığını bildirib.
Bahar Rüstəmli
Şərhlər