Video 13:42 12.07.2023

Əməkdar artistin qızının nişanı oldu (VİDEO)

Əməkdar artist Elnarə Abdullayevanın evində xeyir iş olub. 

Qaynarinfo xəbər verir ki, xanəndə qızı Xədicəni nişanlayıb. Xədicə Cavad adlı bəylə ailə qurmağa hazırlaşır.

Məclis ötən gün şəhərin dəbdəbəli restoranlarından birində keçirilib. Nişan mərasimində şou-biznes nümayəndələri də yer alıblar. 

Qeyd edək ki, Elxan adlı bəylə ailəli olan Elnarənin bir oğul, bir qız övladı var.