Sənət 08:38 05.07.2023

"Maşınımı satmışam, metro ilə gedirəm" - Xalq artisti

"Zəmanə elədir ki, qohumlardan bir az uzaq durmaq lazımdır. Haradan bilirsən sabah nə olacaq? Zəmanə indi fərqlidir. İndi mənə deyirlər, qohumlardan ehtiyyatlı ol. Çünki baxırlar, əməlli-başlı üçotaqlı ev, 2 balkon".

Qaynarinfo xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı "Həmin Zaur" verilişində qonaq olarkən deyib. Caz ifaçısı hazırda nəqliyyat vasitəsi kimi metrodan istifadə etdiyini bildirib:

"Maşınımı satmışam. Röyada (red. - Zeynallının mərhum həyat yoldaşı) "Nissan" var idi. Qanunları bilmirəm, sən demə vəfatından il yarım keçəndən sonra həyat yoldaşının adına keçir. Zəng etdilər ki, gəlin sənədləşdirək. Deyirəm ki, hansı maşın, satmışam. İndi metro ilə gedirəm, rahat, orada tıxac olmur. Bəzən deyirlər mənə ki, Cavan, məşhur adamsan, səni bütün xalq sevir, amma metro ilə gedirsən. Cavab verirəm ki, nə olsun?"

C.Zeynallı vəsiyyətini kimə edəcəyi ilə bağlı suala belə cava verib:

"Hələ yox. Gərək vaxt keçsin. Zaman özü göstərəcək".

Qeyd edək ki, Zeynallının həyat yoldaşı Röya səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. O, ötən ilin dekabrında vəfat edib.