Xəbər lenti

Nazilə Səfərli bağ evindən danışdı:
Maqazin 15:15 05.09.2024

Nazilə Səfərli bağ evindən danışdı: "Bu nə deməkdir?" (VİDEO)

Şairə və qiraətçi Nazilə Səfərli bağ evinin görüntüsü ilə bağlı məlumata aydınlıq gətirib.

O, Qaynarinfo-ya açıqlamasında bu bağın 16 ildir onlarda olduğunu bildirib:

"Bu nə deməkdir? Birinci dəfədir ki, bağ evimi görürlər? Evin qiymətini demək istəmirəm. Niyə hovuzlu, cah-callalı bağların qiymətindən yazan yoxdur? Həyətimi, qapımı suvarmışam. Onu da mətbuat xəbər edib".
   
Qeyd edək ki, şair və qiraətçi Nazilə Səfərli iki mərtəbəli bağ evini nümayiş etdirib. Sənətçi villasının həyətini sulayarkən çəkdiyi videonu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->