Xəbər lenti

Nazilə Səfərli onu tənqid edənləri
Maqazin 21:00 15.02.2025

Nazilə Səfərli onu tənqid edənləri "duzsuz" adlandırdı

Şairə Nazilə Səfərli izləyiciləri tərəfindən tənqid edilib.
 
Qaynarinfo xəbər verir ki, buna səbəb onun 14 fevral Sevgililər günü ilə bağlı paylaşımı olub.

O, hədiyyə almayan qadınlara belə deyib:

"Qızlar, hansınızın əri, nişanlısı, sevgilisi desə ki, nə sevgililər günü, sevginin günü var? Sevgi hər gündür, bilin ki, yalandan, hədiyyə almamaq üçün deyirlər. Belə sözləri deyən kişiləri dərhal qapının ağzındakı zibil qabının içindəki qara kloklara atın”. 

Onun bu sözləri izləyicilərini özündən çıxarıb. İzləyicilər "Ağbirçəksən, bizi səhv yola çəkirsən” deyə ona irad bildiriblər. 

Məsələ ilə bağlı Nazilə Səfərli Qaynarinfo-ya açıqlamasında onu tənqid edənləri duzsuz adlandırıb:

"Neyləyim, indi məni tənqid edənlərin dərdini çəkim? Duzsuz, yumor hissi olmayan insanlar məni niyə izləyir ki? Boş verin, 5 günlük dünyadır”. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->