Xəbər lenti

Pul qazanan kişinin xəyanətini bağışlamaq olarmı? - Jurnalistdən Əməkdar artistə sərt sözlər
Maqazin 15:03 27.06.2024

Pul qazanan kişinin xəyanətini bağışlamaq olarmı? - Jurnalistdən Əməkdar artistə sərt sözlər

"Heç qadın da belə söz deyər?".
 
Bunu Qaynarinfo-ya açıqlamasında qalmaqaları ilə yadda qalan jurnalist Anar Vəziroğlu Əməkdar artist Gövhər Rzayevanın "Mən pul qazanan kişinin xəyanətini bağışlayardım" fikirlərinə münasibətində deyib. 

Anar Vəziroğlu bildirib ki, qadının efirdən belə bir fikir işlətməsi yolverilməzdir:

"İstər qadın olsun, istərsə də kişi, fərq etməz, mədəniyyətləri yoxdursa, ağıllarına nə gəldi deyəcəklər, danışacaqlar. Bunlar belə adamlardır. Onlar üçün vətən, ana, övlad anlayışı yoxdur. Bunlar pul qarşılığında hər şeyə əl atarlar. Onun üçün fərqi yoxdur, Xalq artistidir, yoxsa Əməkdar və yaxud da məmur, bunlar öyrəncəlidir belə ifadələrə".

Jurnalist bildirib ki, qadın ismətdir, namusdur:

"Bir adamın isməti yoxdursa, hər sözü işlədə bilər. Belə adamlar üçün ən əsası gündəmdə olmaqdır".

Anar Vəziroğlu hesab edir ki, bəzi müğənnilər gündəmdə qalmaq üçün belə fikirlərə üstünlük verirlər:

"Bu hərəkər cəmiyyətə yayılan zəhərdir. Onun qarşısını almasan, hamını zəhərləyəcək". 

Qeyd edək ki, Əməkdar artist Gövhər Rzayeva verilişlərin birində "Mən pul qazanan kişinin xəyanətini bağışlayardım" deyib. İfaçı bunun səbəbini belə izahb edib:

"Çünki tək qadınam. Qadın gecə fikirləşir ki, sabah haradan çörək pulu qazanım, bu, çox çətindir. O kişi ki, evdə bütün problemləri həll edir, onu bağışlamaq olar. Çünki o, qadına əziyyət vermir. Sevgi də bir yerə qədərdir". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->