Xəbər lenti

İdman 10:10 06.10.2023

Sevgilisi İbrahimoviçin evlilik təklifini rədd edib: "Onun bir şansı var idi"

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviç 20 ildir birlikdə yaşadıqları sevgilisi Helen Seqerə evlilik təklifi etsə də, yox cavabı alıb.

Qaynarinfo bu barədə VG-ya istinadən xəbər verir. 

"Bir neçə il əvvəl soruşdum. O, yox dedi. Bir şansı var idi. Və onun başqa şansı olmayacaq. Ancaq iki uşağımız var və bu, evli olmaqdan daha vacibdir. Mənə evli olduğumuzu bildirən kağız lazım deyil”, deyə İbrahimoviç bildirib.

İbrahimoviç 2023-cü ilin yayında təqaüdə karyerasını bitirib. Onun son klubu İtaliya çempionluğunu qazandığı "Milan" olub. Zltan həmçinin Niderland, İspaniya və Fransa çempionu adını qazanıb. İsveçli futbolçu "Ayaks", "Barselona", "Yuventus", "İnter", PSJ, "Mançester Yunayted" və "Los Anceles Qalaksi" klublarında çıxışı ilə tanınır. Forvard İsveç millisində 122 oyun keçirib, 62 qol vurub və 25 məhsuldar ötürmə edib.

O, matçın hər dəqiqəsində qol vuran ilk futbolçu olub: 1-dən 90+. Daha sonra bu nailiyyəti Kriştiano Ronaldo və Luis Suares təkrarlaya bilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->