"Mən heç yerdə bu ifadəni işlətməmişəm. Bunu kim yazıb adımdan? Biri var dediyim, biri də var demədiyim fikirlər".
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Tacir Şahmalıoğlu "60-70 yaşlı qadınlar mənə eşq elan edirlər" fikirlərinə münasibət bildirərkən deyib.
Sənətçi xalqın ona sevgisi olduğunu bildirib:
"Bu sevgini özüm qazanmışam. Xalqın qızını, gəlinini özümə ana-bacı bilmişəm, hamısını çox sevirəm. Bu söz mənim fikirlərim deyil. Xalqın mənə sevgisi var, burada qəbahət heç nə yoxdur. Olmayan fikiri yazmaq olmaz. Sənətkar o vaxt yaşayır ki, mediada onun söz-söhbəti gedir. Hamınızdan xahiş edirəm ki, olmayan sözü yazmayın. Heç vaxt tənqiddən qaçmamışam, həmişə tənqidə açıq olmuşam. Mediadan xahiş edirəm ki, demədiyim ifadələri adımdan yazmasınlar".
Qeyd edək ki, iddiaya görə, Tacir Şahmalıoğlu efirdə "60-70 yaşlı qadınlar mənə eşq elan edirlər" fikirlərini səsləndirib. Müğənni bu cür halların onu təəccübləndirdiyini bildirib.
Bahar Rüstəmli
Şərhlər