Tom Kruz və Keti Holmsun qızı rəsmi olaraq atasının soyadından imtina edərək onu Noel soyadı ilə əvəz edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" nəşri müvafiq sənədlərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 20 yaşlı Suri Pensilvaniya ştatında seçici kimi qeydiyyatdan Suri Noel adı ilə keçib. Bu da onun rəsmi adının artıq bu şəkildə olduğunu göstərir.
Bildirilir ki, soyad dəyişikliyi Surinin kollec təhsili almaq üçün Pensilvaniyaya köçməsindən əvvəl Nyu-Yorkda rəsmiləşdirilmiş ola bilər. Noel isə anası Keti Holmsun ikinci adıdır.
Tom Kruz və Keti Holms 2012-ci ildə boşanıblar. Boşanmadan sonra Suri anası ilə yaşamağa davam edib.
Aydın
Şərhlər