Xalq artisti, cazmen Cavan Zeynallı tanınmaz hala düşüb.
Qaynarinfo xəbər verir ki, bu günlərdə sənətçinin mətbuata verdiyi video müsahibədə izləyiciləri onu tanımayıb. Həddindən artıq arıqlayan Xalq artistinin hansısa xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Cavan Zeynallı Qaynarinfo-ya açıqlamasında səhhətindən danışıb:
"Yaş öz işini görüb. Cavan müəllim yaşlı adamdır, xəstədir, yazıq neyləsin, çox şeyi yeyə bilmir. Yeməyi hazırlayanlar olur, amma yanımda heç kəs yoxdur. Yəni öz-özümə baxıram. Allah rəhmət eləsin, Röya xanımın sağlığında belə deyildim, 3 ildir yoxdur. 27 il bir yerdə olduq, Cavan o zaman cavan oğlan kimi idi. Ömür dayanmır ki, gedir. Röya xanımdan sonra düşdüm. Yenə də dostlarım sağ olsun, nəsə yemək istəyəndə onlar gəlib bişirir".
Cavan Zeynallı daha dəvət olunduğu yerlərə getmədiyini vurğulayıb:
"Getdi o günlər. Heç yerə getmirəm, bütün günü evdə otururam. Nə oxumaq? Elə bilirsiniz ki, oxumaq asandır? Bunun üçün sağlam olmalısan. Neynəyək? Əsas odur ki, məni çox adam sevir. Mən insan kimi çox yaxşıyam, kiminləsə işim olmayıb".
Bahar Rüstəmli
Şərhlər