Xəbər lenti

İdman 17:05 04.03.2024

Millimizi beynəlxalq oyunlara çıxaracaq məşqçilər müəyyənləşdi

Millimiz FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq "FIFA series – Edition 2024” layihəsi çərçivəsində iştiorak edəcək. 

Qaynarinfo-nun məlumatına görə hazırda baş məşqçi postu boş olan yığmamız martın 22-si Monqulustan, martın 25-də isə Bolqarıstanla üz-üzə gələcək. Millini bu oyunlara çıxaracaq məşqçilər də müəyyənləşib.

Sözügedən oyunlarda komandamıza Arif Əsədov rəhbərlik edəcək. AFFA-dan verilən məlumata görə, məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar. 

Saat 20:00-da başlayacaq hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->