Xəbər lenti

Maqazin 12:16 01.07.2024

"Səni bundan sonra heç kim sevməyəcək, evini istəyəcək"

"Cavan Zeynallı, səni bundan sonra heç kim sevməyəcək. Hamı evini sevəcək. Özünə baxır. Dedim ki, yaxşı bir qulluqçu tap. Gördün o da yaxşı deyil, dəyiş".

Bu sözləri Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" verilişində deyib. Aktrisa Xalq artisti Cavan Zeynalının evlənmək istəyinə münasibət bildirib. K.Əliyeva deyib ki, xanımlar cazmenin yalnız evini istəyir.

C.Zeynallı isə aktrisanın sözlərini təsdiqləyib:

"Təmiz, düz söhbətdir. Mən cavan olanda qastrollara gedirdim. Orada mən özümə tək baxırdım, evlənməmişdim. O, mənə həyat verirdi. İndi şiri çıxarmışam, cavan qalmışam, yaxşı etmişəm. Mənim yaxşı psixoloq dostum var. Dedi ki, sən pianinoda ifa edəndə ağlayıram. Zən etdi ki, istəyirsən özünü düzəldəsən, 3 dəfə 15 dəqiqə sevimli mahnılarını ifa et. Tək ol. Bir ay keçdi, gördüm ki, gözlərim açıldı, ayaqlarım möhkəmləndi"./Axşam.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->